• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukrayna yeni milli təhlükəsizlik konsepsiyası hazırlayır

  • Dünya
  • 23 Sentyabr 2014 22:14
  • 386 Baxış
Ukrayna yeni milli təhlükəsizlik konsepsiyası hazırlayır

Ukrayna NATO-nun köməyi ilə ilin sonuna kimi milli təhlükəsizliyin yeni konsepsiyasını yaratmaq istəyir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın NATO-dakı daimi nümayəndəsi İqor Dolqov bildirib.

“Ukrayna milli təhlükəsizliyin baza konsepsiyasını təkrar gözdən keçirməlidir. Prezident artıq hökumətdən tələb edib ki, NATO köməyi ilə ilin sonuna kimi yeni konseptual sənədin layihəsini hazırlayaq. Bu çox əhəmiyyətlidir, çünki bunsuz orduda islahatlar aparmaq çox çətindir", - Brüsseldə Dolqov deyib.

“Donbas hövzəsindəki xüsusi əməliyyat göstərdi ki, Ukrayna ordusu lap əvvəldən vuruşmağa hazır deyildi. İndi bütün sistemi və strategiyanı NATO-nun standartları tətbiq etməklə dəyişdirmək lazımdır”siylə bitirərək", - deyə Ukraynanın NATO-dakı daimi nümayəndəsi ifadə edib.

Bundan əvvəl də Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqindəki əməliyyatlarda ordunun gücsüzlüyünü etiraf edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR