Üsamə Bin Ladenin kürəkəninə ömürlük həbs verildi
Bizi izləyin

Dünya

Üsamə Bin Ladenin kürəkəninə ömürlük həbs verildi

ABŞ-da “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin kürəkəni barədə məhkəmə hokmü verilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Amerika məhkəməsi Suleyman Abu Qeyti ömürlük həbsə məhkum edib.

İstintaqın məlumatına görə, 48 yaşlı Suleyman Abu Qeyt “Əl-Qaidə”də əsas mövqelərdən birini tuturdu. O, 11 sentyabr 2001-ci il terror aktlarını təşkil etməkdə ittham olunurdu.

Abu Qeyt 2013-cü ilin fevralında Ankara mehmanxanalarından birində saxlanılıb. Amma Türkiyə onu ABŞ-da ekstradisiya etməkdən imtina edib və Türkiyə məhkəməsi tərəfindən azad olunub. Lakin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən zilənilən Əbu Qeyt 2013-cü ilin martında Küveytə uçuşdan əvvəl İordaniyada saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm