Əsəd İŞİD məsələsində məğlub oldu
Bizi izləyin

Dünya

Əsəd İŞİD məsələsində məğlub oldu

Suriya dövlət başçısı Bəşər Əsəd terrorla mübarizədə beynəlxalq səyləri dəstəklədiklərini ifadə edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib.

Paytaxt Dəməşqdə İraq Milli Təhlükəsizlik müşaviri Falih Feyyadı qəbul edən Əsəd “terror qrupları ilə illərdir davam edən döyüşümüzü bütün qərarlığımızla davam etdiririk. Terrorla mübarizədə beynəlxalq səyləri də dəstəkləyirik“ deyib. Əsəd həmçinin qeyd edib ki, terrorla mübarizə yalnız hərbi əməliyyatlarla müsbət sonluğa çata bilməz.

SANA-nın Suriya Xarici İşlər Nazirliyinə istinad edərək verdiyi məlumata görə, xarici işlər naziri Velid Muallim dünən ABŞ dövlət katibi Con Kerridən “Suriyadakı İŞİD mövqelərinin vurulacağı” barədə xəbərdarlıq alıb.

Bəşər Əsəd daha əvvəl ölkəsində həyata keçiriləcək hər hansı bir xarici əməliyyatı hücum olaraq qiymətləndiriləcəyini bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm