Avropa ölkəsindən Türkiyəyə yardım üçün şok şərt
Bizi izləyin

Dünya

Avropa ölkəsindən Türkiyəyə yardım üçün şok şərt

Danimarka Suriya böhranına görə Türkiyəyə yardım etmək üçün şərtini açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Danimarka Xalq Partiyasının sözçüsü Martin Henriksen yardım qarşılığında Türkiyənin Danimarkaya gələn suriyalı qaçqınları də qəbul etməsini istəyib.

“Türkiyədən kömək barədə müraciət gələrsə, müraciətə müsbət baxarıq. Ancaq bunun qarşılığında Türkiyə Danimarkaya gələn suriyalı qaçqınları də qəbul etsin. Çünki suriyalı qaçqınlar mədəniyyət və dil problemi olmayacağı üçün Türkiyədə daha rahat ola bilərlər”, - partiyanın sözçüsü deyib.

Danimarka Xarici İşlər Nazirliyi isə bölgədəki qaçqınlara 55 milyon kron (7,5 milyon avro) yardım etmək barədə qərar verildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm