İŞİD-dən Obamaya 42 dəqiqəlik səsli mesaj: “Ey, yəhudi…”
Bizi izləyin

Dünya

İŞİD-dən Obamaya 42 dəqiqəlik səsli mesaj: “Ey, yəhudi…”

Bu gün Suriyanın bombalamasından sonra İŞİD terrorçuları ABŞ-ı hədələyib.

Axar.az “Takvahaber.net”saytına istinadən xəbər verir ki, İŞİD sözcüsü Şeyx Adnaninin 42 dəqiqəlik səs yazısı yayımlanıb. Şeyx Adnani Obamaya “yəhudi uzunqulağı” deyə müraciət edib:

“Bu sizin son döyüşünüz olacaq. Daha öncə olduğu kimi yenə məğlub olacaqsınız. Romanı fəth edəcəyik. Xaçınızı qırıb, qadınlarınızı köləyə çevirəcəyik. Ey yəhudi eşşəyi! Döyüşü hava hücumları ilə qazana bilməyəcəksən. Qafqazda, Xorasanda, Avropa və dünyanın bir çox yerində mücahidlərimiz var. Dövlətiniz yeni bir səlib yürüşü ilə qarşı-qarşıyadır”.

Adnani sonda kürdlərlə döyüşlərinin etnik deyil, dini bir döyüş olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm