“Küçələrə çıxanlar SSRİ-ni dağıdan...” – Video
Bizi izləyin

Dünya

“Küçələrə çıxanlar SSRİ-ni dağıdan...” – Video

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Axşam Vladimir Solovyovla” verilişində Moskva da daxil olmaqla, Rusiyanın bir neçə şəhərində keçirilmiş “Sülh marşı” aksiyalarına münasibət bildirib.

Axar.az Rusiyanın “Rossiya 1” kanalına istinadən xəbər verir ki, partiya sədri mitinq iştirakçılarını satqın və ölkəsinə zərbə vuran ünsürlər adlandırıb. Verilişdə söz alan Jirinovski xatırladıb ki, şəhər küçələrinə çıxan aksiyaçıların rus xalqına heç bir aidiyyəti yoxdur və onlar kənar qüvvələrin sifarişini həyata keçirən agentlərdir.

Bütün dövrlərdə Rusiyaya arxdan zərbə vurmuş belə şəxslərin olduğunu xatırladan partiya sədri bildirib ki, həmin zümrələr çürümüş ziyalılar və keçmiş rüşvətxor məmurlardır. O, əlavə edib ki, Ukraynanın şərqindəki ruslar öz hüquqları uğrunda mübarizə aparırlar və aksiya iştirakçılarının buna qarşı çıxması təəccüblüdür.

Xatırladaq ki, bir neçə gün bundan öncə minlərlə Rusiya vətəndaşı aksiya keçirərək, Ukraynada müharibənin dayandırılmasını tələb etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm