Dünya
Ərdoğandan İŞİD açıqlaması: “Türkiyə əməliyyatlara hərbi dəstək verəcək”
Nyu-Yorkda BMT İqlim dəyişikliyi sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və ərəb ölkələrinin İraq və Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatları şərh edib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, prezident bölgədəki terror təşkilatlarına qarşı aparııan hərbi əməliyyatlara müsbət baxdıqlarını bildirib.
“Fasilə verilmədən hərbi əməliyyatlar davam etməlidir”, - deyə Ərdoğan vurğulayıb.
ABŞ və ərəb ölkələrinin İŞİD əməliyyatına lazım olan dəstəyi verəcəyini söyləyən president bu dəstyin hərbi və ya lojistik ola biləcəyini qeyd edib.
ABŞ dövlət katibi Con Kerri isə bugünkü açıqlamasında Türkiyənin İŞİD-ə qarşı yaradılan koalisiyaya qatılacağına söz verdiyini açıqlayıb. C.Kerri Türkiyənin koalisiyanın və İŞİD-ə qarşı mübarizənin bir hissəsi olacağını ifadə edib.
Ömər Dağlı
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye