Olland: İranın nüvə problemi üzrə razılaşma qısa müddətdə əldə olunmalıdır
Bizi izləyin

Dünya

Olland: İranın nüvə problemi üzrə razılaşma qısa müddətdə əldə olunmalıdır

Fransa prezidenti Fransua Olland İranın nüvə probleminə dair razılaşmanın tezliklə əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Müvafiq bəyanatla Fransa liderinin mətbuat xidməti onun İran prezidenti Həsən Ruhani ilə iqlim məsələləri üzrə BMT-nin Nyu-Yorkda keçirilən sammitində görüşdən sonra çıxış edib. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.

"Prezident ümid edir ki, danışıqlar tezliklə başa çatacaq", - mətbuat xidmətinin rəsmi məlumatında bildirilir.

Həmçinin Olland əmindir ki, İran "yoxlamanın nəticələrinə dair sübut edən konkret tədbirlər görməlidir ki, bu ölkənin nüvə proqramı hərbi inkişaf istiqamətində getməyəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm