Rusiya kütləvi məzarlıq üçün beynəlxalq qrup tələb etdi
Bizi izləyin

Dünya

Rusiya kütləvi məzarlıq üçün beynəlxalq qrup tələb etdi

Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov Ukraynanın Donetsk şəhəri ətrafında aşkarlanan kütləvi məzarlığın araşdırılmasını tələb edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, M.Fedotov hadisə ilə bağlı təcili şəkildə beynəlxalq araşdırmanın lazım olduğunu deyib.

O, həmçinin qeyd edib ki, beynəlxalq tədqiqat qrupunun obyektiv fəaliyyət göstərməsi üçün onun tərkibinə beynəlxalq hüquq müdafiəçiləri və jurnalistlər daxil edilməlidir. M.Fedetov digər kütləvi məzarlıqların da aşkar edilməsini istisna etməyib.

“Kütləvi qətllər müasir müharibənin reallıqlarıdır. Belə cinayətlər keçmiş Yuqoslaviyanın ərazisində də olurdu”, - deyə o, bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm