Dubayda rus qadının başına gələn DƏHŞƏTLİ OLAY
Bizi izləyin

Dünya

Dubayda rus qadının başına gələn DƏHŞƏTLİ OLAY

Birləşmiş Ərəb Əmirliklərində polis kafedə ofisiant işləyən 23 yaşlı ərəbi həbs edib. O, Rusiya vətəndaşı olan qadını zorlamaq və qarət etməkdə suçlanır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, saxlanıldıqdan sonra gənc oğlan günahını qismən etiraf edib.

Ərəbin sözlərinə görə, o, zorla rus qadını öpüb və seksual hərəkətləri ilə onu təngə gətirib. Lakin gənc rus qadınla cinsi əlaqədə olmadığını bildirib.

Qeyd edək ki, o, 33 yaşlı rus qadın polisə şikayət etdikdən sonra saxlanılıb. Qadın deyib ki, oteldəki barda istirahət edirmiş. O, saat 03:20-də bardan çıxıb, bu zaman gənc ərəb yaxınlaşaraq ona təcavüz edib.

Qadının ifadəsini kamera qeydləri də təsdiq edib. Belə ki, ərəb qadınla tanış olmaq istəsə də, "yox" cavabı alır. Bundan sonra o, qadının əlindən tutaraq onu müşahidə kamerasının olmadığı dəhlizə sürüyür.

Qadının sözlərinə görə, ərəb onu zorlayıb. Daha sonra isə çantasından 1500 dirhəm (400 dollardan artıq) pulunu götürərək aradan çıxıb. Bir neçə saatdan sonra isə təcavüzçü gənc saxlanııb.

Saxlanılan şəxs isə qadının 1000 dirhəmini götürdüyü etiraf edib. Faktla bağlı araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm