Sarkozinin Versala yolunu açdılar
Bizi izləyin

Dünya

Sarkozinin Versala yolunu açdılar

Paris apelyasiya məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin korrupsiya işinin araşdırılmasını dayandırıb.

Publika.az-ın “Frans Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Paris məhkəməsinin istintaq palatasının sədri bildirib.

Məlumata görə, korrupsiyada ittiham olunan N.Sarkozi və onun vəkili Tyerri Erzoqaya qarşı irəli sürülən bütün ittihamlar geri çəkilib. Keçmiş prezident N.Sarkozi və T.Erzoqa qarşı iyul ayında korrupsiya, sui-istifadə və xidməti sirrin yayılması ittihamları irəli sürülmüşdü. Həmin vaxt Sarkozinin dindirilməsi 15 saat davam edib.

Ondan daha əvvəl isə “L'Oreal” şirkətinin keçmiş rəhbəri Lilian Betankurun etimadından sui-istifadə etməkdə ittiham olunan N.Sarkozi barəsində açılan cinayət işi 2013-cü ilin oktyabrında bağlanıb. Lilian Betankurun 2007-ci ildə Sarkozinin seçki kampaniyasını maliyyələşdirdiyi məlum olub. 2014-cü ilin may ayında Fransanın müxalif “Xalq Hərəkatı Naminə İttifaq” partiyasının yüksək vəzifəli üzvü 2012-ci ildə seçkiqabağı kampaniya zamanı Sarkozinin bank hesabları ilə manipulyasiyalar etdiyni etiraf edib.

Bundan başqa, N.Sarkozi onun seçki kampaniyasının keçmiş Liviya lideri Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilməsi ehtimalı ilə əlaqədar istintaqın diqqətini çəkib. Müstəntiqlər sabiq prezidentin telefon danışıqlarını dinləyərkən bəlli olub ki, işi aparan hakimlərdən biri N.Sarkozi və onun vəkilinə cinayəti işinin istintaqı barədə materialları və məlumatları ötürməyə razılıq verib. Bunun əvəzində keçmiş prezidenti həmin hakimə Monakoda yüksək vəzifə vəd edib.

Bir necə gün isə Fransanın sabiq prezidenti böyük siyasətə qayıdışını elan edib. Bu barədə Sarkozinin özü “facebook” səhifəsində bildirib.

"Uzunmüddətli düşüncələrdən sonra yeni siyasi seçimi etməyə qərar verdim. Çünki ölkənin indiki vəziyyətində müşahidəçi qalmaq məsuliyyətsizlik olardı”, - Sarkozinin açıq məktubunda deyilir.

Xatırladaq ki, Sarkozi prezident seçkilərində 2012-ci ildəki məğlubiyyətdən sonar yerini Fransua Ollanda verərək siyasətdən gedib. Sentyabrın əvvəllərində Fransa mediası sorğu keçirib. Sorğunun nəticələrinə görə, ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyirlər. Bu, Fransa tarixində ən aşağı göstəricidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm