ABŞ İŞİD-dən qorxduğunu etiraf etdi...
Bizi izləyin

Dünya

ABŞ İŞİD-dən qorxduğunu etiraf etdi...

İŞİD-in dəyişkən vəziyyətə sürətlə uyğunlaşdığını bildirən Pentaqon, İraq Şam İslam Dövləti ilə mübarizənin bir neçə il çəkə biləcəyini bəyan edib.

Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizənin bir neçə il davam edə biləcəyini deyib: “Koalisiyaya qoşulanlar tərəfindən ciddi güc sərf edilməlidi. Bu mübarizə bir neçə il çəkəcək”.

İŞİD-in günlər ya da həftələr sonra məhv etməyin mümkün olmadığı qədər ciddi bir təhdid olduğunu bildirən Kirbi çox ciddi əməliyyatlara ehtiyac olduğunu deyib.

Pentaqon sözçüsü dəyişkən vəziyyətə İŞİD-in sürətlə uyğunlaşdığını deyib. İŞİD-ə qarşı əməliyyatlar üçün dəstək axtaran rəsmi Vaşinqtonun bu məqsədinə çatdığı görünür.

Dövlət katibi Con Kerri terror təşkilatına qarşı qurulan koalisiyaya qatılan ölkə sayının 50-yə çatdığını açıqlayıb.

Obama hakimiyyəti xüsusi ilə ərəb ölkələrinin əməliyyata verdiyi dəstəkdən məmnundur.

ABŞ prezidenti Barak Obama hava əməliyyatlarına dəstək verən İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin yüksək rütbəli dövlət adamları ilə görüşüb.

Obama bəyan edib ki, dünya birləşmiş vəziyyətdədir.“Hamımız İŞİD-i və daha çox qan tökülməsinə səbəb olan radikallığa meyilli ideologiyaları məhv etməyə söz vermişik. Bu, tez və asan həll olacaq bir məsələ deyil. Çox vaxt apara bilər. Sadəcə, hərbi cəhdlər yetərli olmayacaq”.

Hadisənin sosial tərəfinə də toxunan Obama “gənclər seçimlərə sahib olmalıdır, müasir iqtisadiyyatda uğurlu olmaları üçün təhsil verdiyimizə əmin olmalıyıq” deyə qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm