Kiyev Putinin zərbəsindən çıxış yolları axtarır
Bizi izləyin

Dünya

Kiyev Putinin zərbəsindən çıxış yolları axtarır

Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Pyotr Poroşenkoya yazdığı məktub iki dövlət arasındakı münasibətlərin hələ xeyli müddət gərgin qalacağından xəbər verir.

“Röyters” xəbər agentliyinin jurnalistləri Putinin 17 sentyabr tarixli məktubunu görüblər və ondan sitat gətirirlər. Məktubda faktiki hədələr var ki, Kiyev Avropa Birliyi (AB) ilə assosiasiya sazişini sürətləndirsə, Rusiya bazarı Ukrayna mallarının üzünə bağlana bilər. Putin yazıb ki, hətta yerli qanunvericiliyin həmin sazişə hazırlıq məqsədilə dəyişdirilməsi Moskvanın dərhal reaksiyasına səbəb olacaq.

“Yalnız Assosiasiya Sazişinə sistematik korrektələr, Rusiya-Ukrayna iqtisadi münasibətlərinin bütün spektrlərinin nəzərə alınması Rusiya-Ukrayna arasındakı hazırkı ticarət-iqtisadi əməkdaşlığı saxlamağa imkan verəcək”, - deyə Putin yazıb.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Moskvanın Avropa ilə azad ticarət aparacaq Ukraynanı 3 milyard avroda “cəzalandıracağını” bildirib.

Ukrayna Rusiyaya polad məhsulları, kömür, kimyəvi preparatlar və taxıl ixrac edir. Tariflərin artırılması ildə 3 milyard avronun itirilməsinə gətirib çıxara bilər. Rusiya prezidentinin mətbuat katibi belə bir məktubun olması nə təsdiq, nə təkzib edib.

Sentyabrın 17-də Ukrayna Nazirlər kabineti AB ilə assosiasiya sazişinin həyata keçirilməsi üzrə tədbirlər planını təsdiqləyib. Məktuba istinadən “Röyters” bildirir ki, AB ilə razılaşmanın icra ediləcəyi halda Rusiya tərəfindən cavab ölçüləri özünü çox gözlətməyəcək. Cavab ölçülərinə gəlincə, söhbət Kiyev üçün Rusiya bazarının bağlanmasından gedir. Böyük Britaniyanın informasiya agentliyi Avropa diplomatlarının hesablamalarına istinadən vurğulayır ki, Ukrayna yüksək tariflərin tətbiqinə görə ildə 3 milyard avro itirə bilər. Brüsselin fikrincə, Moskva 2 mindən çox məhsulun Ukrayna və AB-nin müqaviləsindən çıxara bilər.

Bundan əvvəl isə Rusiyanın baş naziri Dmitri Medvedev Ukrayna mallarına ticarət rüsumlarının tətbiqi haqqında qətnaməni imzalayıb. Ancaq bu qətnamə Kiyevin vaxtından əvvəl AB ilə azad ticarət zonası haqqında sazişi icra edəcəyi halda qüvvəyə minəcək.

Qış yaxınlaşdıqca Ukrayna Rusiya qazına alternativ axtarmaqda davam edir. Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib ki, Kiyev 1 milyon ton mazuta ala bilər. Onun sözlərinə görə, mazutdan istifadə 1-1,5 milyard kubmetr qaz qənaət etməyə imkan verəcək.

Ukrayna həmçinin yanacaq kəsirini aradan qaldırmaq üçün kömürün idxalı ilə bağlı müqavilələri bağlayıb. İlin sonuna kimi Kiyevin 5,6 milyon ton kömür alacağı deyilir.

Ukraynanın enerjiyə qənaəti üzrə dövlət agentliyinin sədri Sergey Savçuk əmindir ki, ölkə ən yaxın 10 ildə qazın istehlakını iki dəfə azalda biləcək. Onun sözlərinə görə, 2025-ci ildə əhali üçün cəmi 8,5 milyard kubmetr mavi yanacaq kifayət edəcək. Bu arada Belorusa elektrik enerjisinin ixracı 50 faiz azalıb. Elektrik enerji sisteminin tarazlaşdırılması üçün Krıma da elektrik ixracının azaldığı bildirilir.

Rusiya-Avropa Birliyi-Ukrayna formatında qaz danışıqlarının növbəti raundu Berlində 26 sentyabrda keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm