• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rusiya iki kəşfiyyatçını Gürcüstana təhvil verdi

  • Dünya
  • 5 Fevral 2014 17:33
  • 358 Baxış
Rusiya iki kəşfiyyatçını Gürcüstana təhvil verdi

2008-ci ildə Gürcüstan xeyrinə casusluq etməkdə ittiham olunaraq azadlıqdan məhrum olunan iki Gürcüstan vətəndaşı vaxtından əvvəl azad edilib.Publika.Az –ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Lakin Z.Abaşidze azad olunaraq Gürcüstana təhvil verilənlərin adlarını açıqlamaqdan imtina edib. Onların artıq öz ailələrinin yanında olduğunu deyən dövlət səlahiyyətlisi azad olunanlar arasında Rusiyada həbsdə olan gürcü xüsusi xidmət orqanının əməkdaşı Zaza Xerkeladzenin olmadığını bildirib. Xatırladaq ki, Moskva onu 2006-cı ildə Gürcüstanda həbsə məhkum edilən rus kəşfiyyatçısı ilə dəyişdirməri təklif edirdi.

Z.Abaşidzenin sözlərinə görə, analoji ittihamlar üzrə həbs olunan Gürcüstanın digər vətəndaşlarının azad olunması işi davam etdiriləcək.Keçən ilin sentyabr ayında “Gürcü arzusu” koalisiyasının prezidentliyə namizədi Georgi Marqvelaşvili söz vermişdi ki, qələbə qazanacağı halda Rusiyada Gürcüstanın xeyrinə casusluq etdiyi ittihamı ilə azadlıqdan məhrum edilən vətəndaşlarının taleyi ilə məşğul olacaq. “Onların vətənə qaytarılması Tiflisin borcudur”, - keçmiş prezidentliyə namizəd və hazırkı prezident söyləmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR