• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Erməni gücü” qruplaşmasının üzvünə hökm oxundu

  • Dünya
  • 24 Sentyabr 2014 19:10
  • 419 Baxış
“Erməni gücü” qruplaşmasının üzvünə hökm oxundu

ABŞ-ın Kaliforniya ştatında 2011-ci ildə “Erməni gücü” cinayət qruplaşmasının ümumilikdə 90 üzvünə qarşı irəli sürülən ittiham çərçivəsində qruplaşmanın üzvlərindən birinə hökm oxunub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Federal prokurorluqdan bildirilib.

Qruplaşmanın üzvlərindən üç nəfərin azadlıqda olduğu deyilir. Ermənistan və keçmiş SSRİ-dən olan vətəndaşların üstünlük təşkil etdiyi "Ermıni gücü" qruplaşması 1980-ci ildə Los-Ancelesdə yaradılıb. Cinayətkar qruplaşmanın 250 üzvü olduğu ehtimal edilir. Qruplaşma qətllər törətməkdə, dələduzluq və bank qarətlərində ittiham olunur.

Aprel ayında qruplaşmanın 36 yaşlı üzvü “Kon” ləqəbli Aram Şaropetrosyan cinayətkar əlbirliyində və fırıldaqçılıqda günahkar bilinib və indi Los-Anceles məhkəməsi onu 16 il müddətinə azadlıqdan məhrum edib. Cinayətkar qruplaşmanın üzvləri bank qulluqçularını ələ keçirərək bank rekvizitləri və müştərilərin şəxsi məlumatlarını oğurlayıb. Bu isə onlara vətəndaşların şəxsi hesablarından pul çıxarmağa imkan verib. Prokurorluq bildirib ki, zərərçəkənlərın toplam olaraq 8 milyon dolları qarət olunub.

Prokurorluğun sözlərinə görə, cinayətkarlar arasında “Erməni gücü”nün başçılarından biri Şaropetrosyan, Emil Ayrapetyan və Lusina Oqancanyan ilə bərabər “Kapone” ləqəbli Mqer Darbinyan olub.

Mqer Darbinyan barəsində məhkəmə hökmü 7 oktyabrda elan ediləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR