Türkiyə əsgərinin başına çuval keçirən generalla işləyəcək?
Bizi izləyin

Dünya

Türkiyə əsgərinin başına çuval keçirən generalla işləyəcək?

Türkiyə onu “çuvalçı general” kimi tanıyır. Söhbət ABŞ Ali Baş Qərargahının hərbi əməliyyat rəisi general-leytenant Vilyam C.Meyvilldən gedir.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, 2003-cü ildə Şimali İraqda Türkiyə əsgərinin başına çuval keçirilməsi əmrini verən Vilyam indi İŞİD-lə (İraq Şam İslam Dövləti) mübarizə koalisiyasının rəhbərlərindəndir.

2003-cü ildə “çuval” əmrini verən zaman polkovnik olan Vilyamın zaman keçdikcə rütbəsi artıb və o, müxtəlif əməliyyatlarda iştirak edib.

General-leytenant rütbəsinədək yüksələn Vilyam hazırda ABŞ Ali Baş Qərargahının hərbi əməliyyat rəisidir. O, İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə qurulan beynəlxalq koalisiyada da ən yüksək vəzifəni icra edir.

Vəziyyətə görə, Türkiyə İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyaya hərbi dəstək versə, bir vaxtlar türk əsgərinin başına çuval keçirən ABŞ zabiti ilə birlikdə işləmək məcburiyyətində qalacaq.

Vilyam dünən Pentaqonda təşkil edilən mətbuat konfransında ABŞ-ın rəhbərliyi ilə əməliyyatlarda vurulan İŞİD hədəfləri və vəziyyətin gedişatı haqqında məlumat verib.

Xatırladaq ki, Vilyam C.Meyvill 2003-cü il iyulun 4-də Türkiyə xüsusi təyinatlı dəstəsinin Süleymaniyədəki (Şimali İraq – red.) qərargahlarından başına çuval keçirilmiş və əlləri bağlı şəkildə Kərkükdəki ABŞ hərbi bazasına gətirilməsi əmrini verən polkovnik idi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm