Gürcüstandan “İŞİD əleyhinə partizan” açıqlaması
Bizi izləyin

Dünya

Gürcüstandan “İŞİD əleyhinə partizan” açıqlaması

“Gürcüstan ərazisində suriyalı partizanlar hazırlanmır”.

Axar.az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə açıqlama Gürcüstanın Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Dövlət Şurası tərəfindən verilib.

Şura Gürcüstanın İŞİD əleyhinə koalisiyaya qoşulmadığını və heç bir ölkənin də öz ərazisindən istifadə etməsinə izn vermək niyyətində olmadığını deyib.

Qeyd edək ki, bir müddət əvvəl “Foren Polisi” jurnalı Gürcüstanda İŞİD əleyhinə döyüşəcək suriyalı partizanların hazırlandığını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm