Obamanın bu sözlərindən Lavrov "utandı"
Bizi izləyin

Dünya

Obamanın bu sözlərindən Lavrov "utandı"

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının 69-cu sessiyasında Rusiyanı sərt tənqid edib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Obama bütün dünyada sərhədləri aşan təhlükəsizlik təhdidlərinə diqqət çəkib.

Heç bir ölkənin başqa bir ölkə üzərində qərar haqqı olmadığının vurğulayan ABŞ prezidenti Rusiyanın Ukraynaya müdaxiləsindən danışarkən “güclünün gücsüzü əzdiyi bir nizam” ifadəsini işlədib.

“Heç bir ölkə başqasının torpağına hücum haqqına iddia edə bilməz. Son dövrdə Rusiyanın Ukraynadakı hücumları bu nizama ziddir. Ukrayna xalqı islahatlar tələbi ilə küçələrə çıxanda prezidenti qaçdı. Daha sonra Krım zəbt olundu. Rusiya separatçıları dəstəkləmək üçün bölgəyə silah göndərdi. Bölgədə sərnişin təyyarəsi vuruldu. ABŞ böyük xalqların kiçik xalqları əzmədiyi bir nizamı təmsil edir. ABŞ və müttəfiqləri Ukraynanı dəstəkləməkdə davam edəcək”, - deyə ABŞ prezidenti bildirib.

Obamanın Rusiyanı sərt tənqid etdiyi bir vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrovun əli ilə üzünü bağlaması diqqət çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm