Obama BMT tribunasından müsəlmanlara səsləndi
Bizi izləyin

Dünya

Obama BMT tribunasından müsəlmanlara səsləndi

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının 69-cu sessiyasında etdiyi çıxışında dünya liderlərinə səslənib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama çıxışında “Biz islamla savaşmırıq” deyib.

“Günahsızları öldürən bir təşkilatla qarşı-qarşıyayıq. ABŞ-ın xarici siyasətini yalnız terrorizmə cavab verməklə dayandırmayacağım. ABŞ heç bir zaman islamla döyüş aparmadı. İslam sülhü öyrədir, ədalət çağırışı edir. Milyonlarla müsəlman bizim ölkəmizin bir parçasıdır”. – Obama vurğulayıb.

İndiyə qədər 40-dan çox ölkə İŞİD-ə qarşı koalisiyaya qatıldığını deyən ABŞ prezidenti terror təşkilatına qatılanların döyüş meydanından çəkilməli olduğunu bildirib.

Obama qeyd edib ki, artıq dünyadakı müsəlman icmaları “Əl-Qaidə” və İŞİD kimi təşkilatların ideologiyasını rədd etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm