İŞİD o girovu da öldürdü
Bizi izləyin

Dünya

İŞİD o girovu da öldürdü

İŞİD terror qruplaşması Əlcəzairdə saxlanılan fransalı girovu öldürüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Xilafətin əsgərləri” təşkilatı tərəfindən qaçırılan Fransa vətəndaşı alpinist Herve Pierre Gurdel edam edilib.

Xatrırladaq ki, Fransa Xarici İşlər Nazirliyi bir vətəndaşının Əlcəzairin şərqində qaçırıldığını açıqlamış, hadisəyə görə məsuliyyəti İŞİD-ə bağlılığını bildirən və özlərinə “Xilafətin əsgərləri” adını verən bir qrup üzərinə götürmüşdü.

Qruplaşma Fransa prezidenti Fransua Ollandeyə İŞİD-ə qarşı əməliyyatların dayandırılması üçün 24 saat vaxt vermiş, əks halda girovu öldürəcəyini bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm