Çubarov: “Tatarlarsız Krım” doktrinası dirçəldilir”
Bizi izləyin

Dünya

Çubarov: “Tatarlarsız Krım” doktrinası dirçəldilir”

“Rusiya iyirmi birinci əsrdə “Tatarlarsız Krım” doktrinasını dirçəldir”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Krım Tatar Məclisinin sədri Refat Çubarov deyib.

O, bildirib ki, işğal edilmiş Krımda tatarların təhlükəsizliyini hədələyən repressiyaların miqyası artır. R.Çubarov hesab edir ki, Krım hakimiyyəti Krım Tatar Məclisinin milli institutlarını məhv etmək istəyir.

“Yarımadanın işğalına qarşı çıxan yerli xalq hazırda ən zəif qrup olub. De-fakto Krım hakimiyyəti irqi, etnik və dini əlamətlər üzrə Krım tatarları barəsində sistem diskriminasiyas siyasəti aparır. Krım tatarlarına qarşı repressiyaların miqyası böyüyüb, onlar oğurlanır, evlərində, məscidlərdə, mədrəsələrdə, Krım Tatar Məclisinin ofizlərində kütləvi axtarışlar aparılır”, - Krım Tatar Məclisin sədri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm