Lavrov: “Obamanın nitqində Amerikanın dünyaya baxışını gördüm”
Bizi izləyin

Dünya

Lavrov: “Obamanın nitqində Amerikanın dünyaya baxışını gördüm”

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasının 69-cu sessiyasında etdiyi çıxışı şərh edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın baş diplomatı Obamanın çıxışını dünyaya Amerikanın baxışı adlandırıb.

“Bu dünyaya Amerikanın baxışıdır. Hansı ki, ABŞ-ın milli təhlükəsizlik doktrinasında istədiyi kimi güc tətbiq etməkdən, BMT Təhlükəsizlik Şurası və ya başqa beynəlxalq təşkilatların qərarlarından asılı olmayaraq davranmaqdan yazılıb”, - deyə Lavrov bildirb.

Xatırladaq ki, ABŞ prezidenti BMT Baş Assambleyasında etdiyi çıxışında Rusiyanı sərt tənqid edib.

Heç bir ölkənin başqa bir ölkə üzərində qərar haqqı olmadığının vurğulayan ABŞ prezidenti Rusiyanın Ukraynaya müdaxiləsindən danışarkən “güclünün gücsüzü əzdiyi bir nizam” ifadəsini işlədib.

“Heç bir ölkə başqasının torpağına hücum haqqına iddia edə bilməz. Son dövrdə Rusiyanın Ukraynadakı hücumları bu nizama ziddir. Ukrayna xalqı islahatlar tələbi ilə küçələrə çıxanda prezidenti qaçdı. Daha sonra Krım zəbt olundu. Rusiya separatçıları dəstəkləmək üçün bölgəyə silah göndərdi. Bölgədə sərnişin təyyarəsi vuruldu. ABŞ böyük xalqların kiçik xalqları əzmədiyi bir nizamı təmsil edir. ABŞ və müttəfiqləri Ukraynanı dəstəkləməkdə davam edəcək”, - deyə ABŞ prezidenti bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm