İraq və Suriyada nə qədər avropalı döyüşür?
Bizi izləyin

Dünya

İraq və Suriyada nə qədər avropalı döyüşür?

Avropadan Suriya və İraqa vuruşmaq üçün gedənlərin sayı 3 mini keçib.


Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin (AB) terrorla mübarizə koordinatoru Gilles de Kerçove bildirib.

Avropa Parlamenti təhlükəsizlik və müdafiə komitəsində danışan de Kerçove bu sayın getdikcə artdığını dilə gətirib.

Daha əvvəllər İŞİD qədər maliyyə imkanları və qaynağa sahib olan bir təşkilatla qarşılaşılmadığını vurğulayan avropalı parlamentari təxminən 31 min döyüşçünün İraq və Suriyanın üçdə birinə nəzarət etdiyini, inkişaf etmiş silah sistemləri olduğunu deyib. O, terror qruplaşmasının gündəlik gəlirlərinin isə 1-2 milyon olduğunu vurğulayıb.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm