İŞİD-in məhv etdiyi yezidilər kimdir?
Bizi izləyin

Dünya

İŞİD-in məhv etdiyi yezidilər kimdir?

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Yezidilik Orta Şərqin qədim dini adətlərindən biridir. Vətəni İraqdır.


Yezidilər İraq Kürd Regional Rəhbərliyi, Türkiyə, Suriya, Ermənistan, Gürcüstan, Avropa ölkələri və Rusiya Federasiyası sərhədləri daxilində yaşayırlar. Əvvəlki ilə müqayisədə sayları azalıb. Yezidi mənbələrə əsasən, indi İraq Kürd Regional Rəhbərliyində 400-450 min, Suriyada 15-20 min, Türkiyədə bir neçə min, Rusiya Federasiyasında 150-180 min, Avropada 60-75 min olmaqla dünyada cəmi 750 min yezidi yaşayır.

Avropada yezidilərin çox Türkiyədən gedənlərdir. Dünyadakı yezidilərin yarısından çoxu İraqda yaşayır. Demək olar ki, hamısı kürdcə, kurmani ləhcəsində danışırlar. Bununla bərabər yezdilərin Ninovada olanlarından bir qismi indi ərəbcə də danışır.

Yezidi inancının banisi və peyğəmbəri olaraq qəbul edilən Şeyx Adi bin Müsafirin əsli Türkiyənin Hakkari şəhərindəndir. Daha sonra ailəsi Livana köçüb. Müsafir 1072-ci ildə Baalbəkdə doğulub. O, Mosulun şimalında yerləşən Laləş vadisindəki keçmiş bir monastrı dərgaha çevirib və bu dərgahda bir çox mürid yetişdirib. Müsafir müəllif bəlli olmayan, amma dünyanın ən əski müqəddəs kitabı kimi qəbul edilən və tamamilə kürdcə olan Mişəfa Reşi (Qara Kitab) qəbul edib. 1162-ci ildə Şeyx vəfat edəndən sonra Laləşdəki ibadətgahda basdırılıb. Ondan sonra Laləş ibadətgahı Mosul, Hakkari, Botan, Çayı, Cizrə, Nüsaybin, Mardin, Van, Qafqaz və Urmiya gölü ətrafında yaşayan kürdlər üçün (yezidi inancına inananlar – red.) bir həcc məkanına çevrilib.



Müqəddəs vadinin sirri

Hər il oktyabrın 6-13-də Laləşdə böyük Yezidi görüşü baş tutur. Bunun adına “Cəma (Toplanma) Bayramı” deyilir. Şeyx Adinin türbəsinə həcc ziyarəti onlar üçün həm dini, həm milli bir vəzifədir. Bu tədbir zamanı türbənin ətrafına yüz dəfə fırlanan, üç dəfə təvaf edən hər yezidi hacı olur. Şeyxin türbəsinə Sirat Körpüsü deyilən bir körpüdən keçərək çatmaq olar.

Türbənin içində bir bulaq var. Bulağın adı “Ağ bulaq”dır (Kahniya Sipi). Bu bulağın suyuna “zəmzəm suyu” adı verilib. Uşaqları da bu bulağın suyunda çimdirirlər. Həcc bu cür ayinlə yerinə yetirilir.


Yezidilik heç bir dinin, fəlsəfənin qolu, ya da davam deyil. Çin, qədim Mesopotomiyada və başqa ərazilərdə olan dinlərdən, fəlsəfələrdən, inanclardan müəyyən elementləri özündə əks etdirir. Mütəxəssislər bu dinin xristianlıqdan xaç suyuna salınma və İsanın yenidən gələcəyi inancı, xərdüştlükdən dualizm və alovun müqəddəsliyi, islamdan həcc, oruc, namaz, sünnət və qurban, şamanizmdən rəqs və zikr ayinlərini götürdüklərini deyirlər.



Şeytana sitayiş eləmirlər, onun olmadığını hesab edirlər

Yezidi inancına görə, tanrı dünyanın qoruyucusu deyil, sadəcə, yaradıcısıdır. O, fəal deyil və dünya ilə maraqlanmır. Ona görə də, dünya iqtidarını 7 mələyə həvalə edib. Hər min ildən bir mələklər insan cildinə girərək yerə gəlir, yeni bir qanun gətirir, gedəndə də bir uşaq qoyub gedirlər. Və o uşaq bir Şeyxdir. Tanrı adına yer üzündə nizamı qorumaq Əzazilin (başqa adı Tavus Mələyi) missiyasıdır. Tavus mələyi mələklərin ən güclüsü, ən yaxşısıdır. Tanrı adına nizamı qoruyan tanrının ikinci şəxsiyyətidir. Yezidi inancına görə, tanrı Adəmi yaradandan sonra bütün mələklərinə ona səcdə etməyi əmr edir.


Ancaq Tavus mələyi tanrıdan başqasına səcdə etməyəcəyini bildirir, özünün alovdan, Adəmin isə torpaqdan yaradıldığını əsas gətirərək, bunu rədd edir. Bundan sonra Tanrı onu cənnətindən qovur, o da 7 min il ağlayıb göz yaşı tökür. Onun göz yaşları cəhənnəmin alovunu söndürür. Tanrı da mükafat olaraq onu yenidən cənnətinə qəbul edir.


Bu inancdan yezidilər bu cür bir nəticə çıxarıblar. Tavus mələyi tanrının buyruğuna qarşı gələrək “pis” bir şey edə bilər. Elədiyi “pisliklə” tanrı belə bacara bilmədiyindən “pisliyi oyandırmaq” lazım deyil. Onun üçün də tanrını belə, çıxılmaz vəziyyətdə qoyan “pislik” simvolunu yox saymaq ən doğrusudur. İnsanın qarşılaşdığı hər şey tanrının istəyinə görə olur və bu, yaxşıdır. Bunu pis şey hesab edib-etməmək insanın baxış bucağından asılıdır. Pislik və cəhənnəmin olmaması inancı özü ilə bərabər cəhənnəmin də qapılarını açan varlığı da yox hesab edər.



Publika.az




Oxumağa davam et
Reklam
Reklam

Gündəm