Ərdoğanın istefa ərizəsi yayıldı - Şok foto
Bizi izləyin

Dünya

Ərdoğanın istefa ərizəsi yayıldı - Şok foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1974-ci ildə işə daxil olduğu İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri idarəsindən istefa ərizəsi yazdığı sənəd ortaya çıxıb.

Axar.az xəbər verir ki, 7 il İETT-də çalışan Ərdoğan işdən çıxmaq üçün istefa ərizəsi yazıb. Ərdoğanın qeyd edilən idarədən istefa vermə səbəbi isə xüsusi sektordan aldığı təklif olub.

İETT-in 1,5 milyon səhifəlik arxivi Dövlət Arxiv İdarəsinə təhvil verilib. 1879-1985-ci illəri əhatə edən arxivdə osmanlıca, fransız, ingilis və digər dillərdə bir çox təəccüb doğuracaq sənəd və məktublar var.

24 iyul 1974-cü ildə İETT-də işə qəbul edilən Ərdoğan Altıntəpə binasında təmizlik xidmətləri bölümündə vəzifələndirilmişdi. Ancaq əsas işi İETT-in futbol komandasında oynamaq idi. 5 nömrəli formanı geyən Ərdoğan qısa müddət içərsində ölkənin ən öndə gələn futbol klublarının diqqətini çəkməyə başlamışdı.

15 oktyabr 1975-ci ildə İETT-in heyətinə daxil olmaq üçün imtahan verən Ərdoğan idman bölümündə vəzifələndirilir.

Ərdoğanın formasını geydiyi komanda yoldaşlıq görüşündə "Fənərbaxça" ilə yoldaşlıq görüşü keçirir və matçdan 2-1 qalib ayrılır. Bu matçdan sonra "Fənərbaxça" klubu Ərdoğanı transfer etmək üçün hərəkətə keçir, ancaq atası bu istəyə razılıq vermir.

Ərdoğanın 18 iyun 1981-ci il tarixli istefa ərizəsini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm