• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

BMT qərar verdi: İŞİD-ə qarşı olmayanlara sanksiya

  • Dünya
  • 25 Sentyabr 2014 07:45
  • 473 Baxış
BMT qərar verdi: İŞİD-ə qarşı olmayanlara sanksiya

BMT-də "İraq Şam İslam Dövləti" təşkilatına böyük zərbə olacaq qanun layihəsi müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Suriya və İraqdakı xarici ölkələrdən gələn döyüşçülərlə bağlı qanun layihəsi qəbul edilib.

Suriya və İraqda İŞİD və digər terror təşkilatların artması, beynəlxalq təhlükəsizlik və sülhə təhdid olmaları ilə bağlı ABŞ Prezidentinin başçılığı altında keçirilən yığıncağda BMT TŞ-a təqdim edilən qanun layihəsi yekdilliklə qəbul edilib.

Qanun layihəsi Suriya və İraqda döyüşən xarici ölkə vətəndaşları ilə bağlıdır. Qərara görə, terror təşkilatlarına qatılmaq istəyənlərin, böhran içərsində olan ölkələrə səfərlərlərin qarşısı alınmalıdır.

Qəbul edilən mətn məcburi xarakter daşıdığı üçün bütün ölkələrin buna uyğun hərəkət etməsi tələb edilir. Bu qərara əməl etməyən ölkələrə qarşı gücdən istifadə və iqtisadi sanksiyalar tətbiq ediləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR