ABŞ analitiki: “Rusiyanın süqutu armagedon yaradacaq”
Bizi izləyin

Dünya

ABŞ analitiki: “Rusiyanın süqutu armagedon yaradacaq”

“Rusiya və Qərbin Ukraynanı qazanmaq uğrunda apardığı mübarizə bu böhranı yaratdı və Ukrayna da burada uduzdu”.

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Geostrateji Proqnozlaşdırma Korporasiyasının Rusiya və Şərqi Avropa məsələləri üzrə analitiki Qordon Hahn söyləyib.

O, Rusiyaya qarşı sanksiyalardan hər kəsin itirəcəyini bildirib:

“Nə Rusiya, nə də başqa biri hələ Ukraynada qələbə qazanıb. Qərb, Rusiya və xüsusilə Ukrayna böhran davam edəcəyi təqdirdə daha çox şey itirəcəklər. Sanksiyalardan heç kim xeyir götürməyəcək. Ukrayna ərazisini və övladlarını itirib. Əsas problem isə yenidən qələbə qazanmağa çalışmaqla böhranın başa çatmayacağıdır. Daha dəqiq desək, Rusiya və Qərbin Ukraynanı qazanmaq uğrunda apardığı mübarizə bu böhranı yaratdı və Ukrayna da burada uduzdu”.

Ekspert dünyanın Rusiyanın çöküşünə hazır olmadığını deyib:

“Mən inanmıram ki, Rusiya yaxın gələcəkdə məhv olacaq. Əgər Rusiya süqut etsə, dünya çox dəhşətli formada uduzacaq. Çünki ölkə nüvə, radiaktiv, kimyəvi və bioloji silahlarla doludur. Dünya SSRİ-nin süqutu zaman potensial armagedon bəlasından xilas olmağı bacarmışdı. Daha bir potensial armagedon hələ dünyaya gərək deyil. Belə riski dünya üzərinə götürə bilməz. Bu, xüsusilə cihadizmin mahiyyəti ilə daha çox üst-üstə düşür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm