Ata doğma qızlarını zorladı, dostlarına satdı - ŞOK OLAY
Bizi izləyin

Dünya

Ata doğma qızlarını zorladı, dostlarına satdı - ŞOK OLAY

Türkiyənin Adana şəhərində tükürpədici hadisə baş verib. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 54 yaşlı ata A.S öz qızı 20 yaşlı N.S.-ni bir neçə il zorlayıb. 10 yaşlı uşağa qarşı seksual hərəkətlər edən ata qızın 14 yaşı olanda onu zorlayıb. Gününü əyyaşlıqla keçirən kişi 14 yaşından 20 yaşına qədər qızını özü və sərxoş dostları tərəfindən cinsi istismara məruz qoyub.

1996-cı ildə Adana 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən həmin vaxt 10 yaşı olan qızı Ö.S-ya qarşı seksual hərəkətlər etmə səbəbindən ata 6 il həbs cəzası alır. İddiaya görə, cəzasını başa vurub qayıdan A. S. 2004-cü ildə 10 yaşı olan digər qızı N.S.-ya qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. Qızın 14 yaşı olanda isə atası tərəfindən zorlanıb. Hər gün spirtli içki içib keflənən kişi evə özüylə bərabər sərxoş dostlarını da gətirib və onlara pul qarşılığında qızını təklif edərək onu fahişəliyə cəlb edib.

9 il başına gətirilənləri heç kimə deməyən qız 2013-cü ildə polisə gedərək hər şeyi danışıb. Polis tərəfindən saxlanılan A.S ifadə verərək məsum olduğunu, qızına təcavüz etmədiyini və onu fahişəliyə cəlb etmədiyini deyib. Lakin qızın anası və qardaşı da ifadələrində kişinin içki düşkünü olduğunu, evlərinə sərxoş dostlarını gətirdiyini və belə bir ehtimalın doğru ola biləcəyini iddia ediblər. Adları hallanan dostların günahı sübuta yetirilərsə, onları 15 ilədək həbs cəzası gözləyir.

A.S ilə bağlı dəlillərin az olduğu əsas gətirilərək işin dərindən araşdırılması üçün məhkəmə təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm