Şoka salan iki cinayət: Türkiyə və Suriyada başsız qadın meyitləri
Bizi izləyin

Dünya

Şoka salan iki cinayət: Türkiyə və Suriyada başsız qadın meyitləri

Dünən Türkiyə və Suriyadan iki cinayət xəbəri gəlib.

Xəbərlərin ortaq nöqtəsi qurbanların ikisinin də qadın olması və onların vəhşicəsinə öldürülmələridir. Antalyanın Serik rayonunda, meşəlik ərazidə başı olmayan qadın cəsədi tapılıb. Suriyada isə İŞİD-lə toqquşmaların baş verdiyi bölgədə, Türkiyə sərhədində tapılan bir qadın meyiti sərhəddən keçirilərək Türkiyəyə gətirilib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, polisə Serik rayonunun Akbaş Məhəlləsindəki meşəlik ərazidə dünən yerli vaxtla 18:00 radələrində bir meyit tapıldığına dair məlumat verilib. Deyilən yerə gedən Serik Hərbi-Polis Komandanlığının əməkdaşları, üstü taxta və daşlarla qapadılan başsız qadın cəsədi ilə qarşılaşıb. Hərbi polis bölgədə təhlükəsizlik tədbirləri görüb, prokuror da araşdırma aparıb.

İlkin versiyalara görə, 20 yaşlarındakı qadının 7-8 ay əvvəl öldürüldüyü məlum olub. Cəsəd tibbi ekspertiza üçün meyitxanaya aparılıb. Öldürülən qadının kimlini müəyyənləşdirmək, qatil və ya qatillərin tapılması üçün genişmiqyaslı istintaq işi başladılıb.

Sərhəddə başı kəsilmiş qadın meyiti

Bir tərəfdən də, Suriyanın Rakka şəhərinin Tel abyad rayonunda, Türkiyə sərhədinə yaxın bir suvarma kanalında başı kəsilmiş, əlləri qandallı qadın cəsədini görən suriyalılar Türkiyə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Akcaqala Dövlət Xəstəxanasına aparılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm