• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Uşağımı Türkiyədən Rakkaya qaçırtdım ” – İŞİD-ə qoşulan qırğız qızının əhvalatı

  • Dünya
  • 25 Sentyabr 2014 22:30
  • 1 875 Baxış
“Uşağımı Türkiyədən Rakkaya qaçırtdım ” – İŞİD-ə qoşulan qırğız qızının əhvalatı

Türkiyəli ərindən boşanaraq üç yaşındakı uşağını qaçırıb İŞİD-in nəzarətindəki Suriyanın Rakka şəhərinə gedən qırğız əsilli Svetlana Həsənova “Associated Press”ə müsahibə verib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, o, Suriyaya gedəndən sonra adını “Asiyə Ümmi Abdullah” olaraq dəyişdirib. Agentliyə də elə bu adla açıqlama verib. 24 yaşlı qadın şəriətlə idarə edilən Rakkada övladının daha yaxşı böyüyəcəyini düşündüyü üçün Türkiyəni tərk etdiyini deyib.

Türkiyədə seks, alkoqol, narkotik maddələrin kütləviləşdiyini iddia edən Həsənova oğlunu bu cür şeylərdən uzaq tutmaq üçün getdiyini bildirib. Svetlana Həsənova “Feysbuk” sosial şəbəkəsində paylaşdığı statusda yazıb: “Türkiyədəki uşaqlar bunların hamısını görür. Sonra da ya qatil, ya homoseksual, ya da oğru olurlar”.

Həsənova altı il əvvəl avtomobil dükanı və restoran sahibi olan Şahin Aktanla tanış olandan sonra müsəlmanlığı qəbul edib. 2008-ci ildə evlənən cütlük 2014-cü ildə hər iki tərəfin razılığı ilə boşanıb. Amma Həsənova 2014-cü ilin iyulun 1-dən qəfildən itkin düşüb. Bundan sonra keçmiş həyat yoldaşı onun üç yaşındakı oğulları Dastanla bir yerdə İŞİD-in (İraq Şam İslam Dövləti) nəzarətindəki Rakkaya getdiyini bildirirək prokurorluğa şikayət edib.

Əvvəllər arvadı ilə yaxşı yola getdiyini deyən Aktan “evlənməmişdən qabaq dənizdə, hovuzda üzərdik. Axşamlar oturub balıq yeyərdik, şərab içərdik” söyləyib. Aktan həmçinin Həsənovanın Dastan doğulandan sonra qapandığını və namaz qılmağa başladığını qeyd edib.

Svetlana Həsənova “Associated Press”ə açıqlama verib. Qadın açıqlamasında keçmiş həyat yoldaşı Şahin Aktanı onunla bir qul kimi davranmaqda ittiham edib. Qırğız əsilli qadın “davamlı olaraq ərim və onun ailəsi tərəfindən alçaldılırdım... Onun gözündə heç kim idim” deyib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR