Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 3 minə çatıb
Bizi izləyin

Dünya

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 3 minə çatıb

Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayı 2917 nəfərə çatıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda daha 6263 nəfərin bu virusa yoluxduğu bildirilir.

Statistika Qərbi Afrikanın beş ölkəsinə, ilk növbədə, Liberiya, Syerra-Leone və Qvineyaya aiddir.

Qeyd edək ki, bu virus tər, qan, tüpürcək yolu ilə yayılır. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm