Əl-Şişani dirildi və Kadırovun başına pul qoydu - SİYAHI
Bizi izləyin

Dünya

Əl-Şişani dirildi və Kadırovun başına pul qoydu - SİYAHI

ABŞ-ın "Beynəlxalq terrorçular" siyahısına saldığı Ömər Əl-Şişani Çeçenistan lideri Ramzan Kadırovun başına pul qoyub.

Axar.az xəbər verir ki, Əl-Şişaninin Ramzan Kadırovu və onun yaxınlarını öldürənə pul mükafatı vəd etdiyi müraciəti yayılıb.

"Allaha and olsun ki, bütün bunlara artıq dözmək mümkün deyil. Kadırov və onun dəstəsinin Çeçenistanda törətdikləri vəhşilikləri sözlə ifadə etmək mümkün deyil. Onlar bütün sərhədləri keçiblər. İmanlı qadınların hicablarını, paltarlarını cırır, onları ən alçaldıcı ifadələrlə təhqir edirlər. Buna son qoymaq və Kadırov başda olmaqla onun dəstəsini məhv etmək lazımdır", - müraciətdə deyilib.

Bu bəyanatdan sonra ekran qarşısına keçən Ramzan Kadırov ABŞ və Qərbi İŞİD-i silahlandırmaqda günahlandıraraq Çeçenistan ərazisində radikalları öldürməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, sentyabrın 24-də ABŞ Maliyyə Nazirliyi beynəlxalq terrorizmin 11 əsas fiqurunun adlarını açıqlayıb. Siyahıda haqqında 4 dəfə öldüyü xəbəri yayılan Ömər Əl-Şişaninin də adı hallarır. ABŞ-ın belə bir rəsmi siyahı yayması Əl-Şişaninin ölümü ilə bağlı yayılan xəbərlərin yalan olduğunu təsdiq edir.

Əl-Şişaninin başlarına pul qoyduğu şəxslərin siyahısını təqdim edirik:

Ramzan Kadırov – 5 milyon dollar

Adam Delimxanov – 2 milyon

Bay-Ali Tevsiyev – 4 milyon

Adam Şahidov – 3 milyon

Sultan Merzayev – 3 milyon

Salah Mejiyev – 3 milyon

Adam İlyasov – 1 milyon

Daudov Maqomed Lord – 1 milyon

Usmayev Vahid – 1 milyon

Vismuradov Əbu-Zayd “Patriot” – 500 min

Alautdinov Apti – 500 min

İslam Temişev – 500 min

Oxumağa davam et
Reklam
Reklam

Gündəm