Türkiyə İŞİD-ə qarşı mübarizəyə dəstək verəcək, amma şərtlə...
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-ə qarşı mübarizəyə dəstək verəcək, amma şərtlə...

İŞİD-ə qarşı dəstək qərarı verən Türkiyənin üç şərti var: əməliyyatlar Suriya və İraqla əhatələnməlidir, sabitlik bərpa olunmalıdır, silahlar PKK-ya getməməlidir.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “beynəlxalq toplumun İŞİD-ə qarşı başlatdığı hərəkatda Türkiyə də öhdəsinə düşəni edəcək” açıqlamasından sonra siyasilər arasında bu dəstəyin nədən ibarət ola biləcəyi müzakirə edilməyə başlanılıb. Yayılan söhbələrə görə Türkiyə İŞİD-ə qarşı qurulan koalisiyaya tam dəstək verəcək.

Bu dəstəyin nədən ibarət olması isə Ərdoğan Türkiyəyə qayıdandan sonra təşkil ediləcək Təhlükəsizlik Şurasının toplantısında dəqiqləşəcək. Ancaq bu dəstəyin beş mərhələ ilə verilə biləcəyi iddia edilir. Dəstək bundan ibarət olacaq:

1.Giriş-çıxışlar qapadılacaq: Türkiyə ən stratejik dəstəyi Avropadan gəlib İŞİD-ə qoşulmaq istəyən radikalları Suriyaya buraxmamaqla verəcək. Sərhəddə nəzarətlər və yoxlamalar güclənəcək.

2.Kəşfiyyat paylaşımı: MİT Avropadakı həmkarları ilə əməkdaşlığını gücləndirəcək. Kəşfiyyat paylaşımı genişləndirəcək. Bu həmçinin lojistik dəstək olacaq.

3.Hərbi dəstək: 2 oktyabr tarixində İraq və Suriyaya qarşı iki ayrı müdaxilə olacaq. Əməliyyata qoşulmaq üçün razılıq əldə edilsə, bu, sadəcə hava dəstəyi ilə məhdudlaşacaq.

4.Hava dəhlizi açılacaq: Türkiyə hərbi dəstək çərçivəsində hava ərazisini açacaq. İncirlik bazası istifadə edilmək üçün açılması da bir digər ciddi dəstək olaraq dəyərləndiriləcək.

5.Humanitar yardım davam edəcək: Ankara, Türkiyəyə sığınan insanlara humanitar yardımlar etməyə davam edəcək.

Türkiyənin şərtləri

Əməliyyatlara dəstək verəcək olan rəsmi Ankara üç şərtini də beynəlxalq ictimaiyyətlə paylaşıb. Bunlar diplomatik çevrələrdə bu cür dəyərləndirilir:

1 – İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına qarşı əməliyyatlar İraq və Suriyadakı yaraqlılarla məhdudlaşmalıdır

2 – Əməliyyatlardan sonra bölgədə daimi sabitlik təmin edilməlidir. Yeni bir xaosa qarşı tədbir alınmalıdır.

3 – İŞİD-lə mübarizə aparmaq üçün bölgədəki müttəfiqlərə təmin ediləcək silahlar PKK-nın əlinə keçməməlidir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm