Türkiyədə lotereya oyunları rəsmən ləğv olunur
Bizi izləyin

Dünya

Türkiyədə lotereya oyunları rəsmən ləğv olunur

Türkiyə hökuməti lotereya oyunlarını ləğv edir.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Maliyyə Nazirliyində keçirilən müşavirədə bəyan edib.

Baş nazir Ə.Davudoğlu Türkiyədə qurulan yeni hökumətin artıq İslamda haram buyurulan qumar oyunlarından əlini çəkəcəyini söyləyib:

“Dövlət əli ilə qumara son qoyulur. Beləcə də, Türkiyədə insanların lotereya oyunlarına inamı və marağı azalacaq. Millət bu haramlardan uzaq dayanacaq”.

Qeyd edək ki, Türkiyə ictimaiyyətində bu addım birmənalı qarşılanmayıb. Bəzi şəxslər isə bununla Türkiyədə dövlət sisteminin tədricən İslama yaxınlaşdırıldığını iddia edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm