“Əvvəlcə Qorbaçov və Yeltsinə, sonra isə Putinə aşiq oldular”
Bizi izləyin

Dünya

“Əvvəlcə Qorbaçov və Yeltsinə, sonra isə Putinə aşiq oldular”

Rusiyanın “İndem” Fondunun prezidenti Qeorgi Satarov Almaniyanın “Deutsche Welle” nəşrinə Krımın zəbt edilməsi və Qərbin sanksiyaların sonrakı Rusiyada daxili vəziyyəti qiymətləndirib.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin köməkçisi olan G.Satarov Rusiya iqtisadiyyatına ən böyük zərərin sanksiyalar deyil, məhz hakimiyyətin vurduğunu bildirib.

“İndem” Fondunun prezidentinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin hərəkətləri qısamüddətli uğurlara hesablanmış xarici siyasət kursu idi. O, bu siyasi kursun artıq uzunmüddətli müvəffəqiyyətsizliyə çevrildiyini vurğulayıb.

Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına vurduğu zərərə gəlincə, G.Satarov sanksiyaların iqtisadi situasiya heç bir təsir etmədiyini ifadə edib: “Məsələ ondadır ki, iqtisadiyyata ən böyük zərəri Rusiya hakimiyyəti verir, nəinki Qərbin sanksiyalar. Bu cinayətlərin bütöv kolleksiyasıdır. Axı Qərbin sanksiyalarına qədər çox ciddi problemlər baş qaldırmışdı. Sadəcə bütün günahları Qərbin sanksiyaların üzərinə qoymaq lazımdır. Bizi aldadırlar ki, özümüz hər şeyin öhdəsindən gələcəyik. Biz heç nəyin öhdəsindən gəlməyəcəyik. Çünki Rusiyada bazar infrastrukturu institutları dağıdılıb, ən əsası isə odur ki, məhkəmənin müstəqil fəaliyyət göstərmək üçün səlahiyyəti yoxdur. Bunsuz isə normal iqtisadiyyat işləyə bilməz. Ölkədə ümumi korrupsiya, oğurluq və dövlət reketi var, kapitallar ölkədən qaçır. Bir çox şəhərlərdə sahibkarlar üçün ən vacib şey biznesini satmaqdır. Hamı biznesini satmaq istəyir, amma çoxları da bu biznesi almağa qorxurlar”.

Rusiyanın Ukrayna ilə bağlı hərəkətlərinə Qərb reaksiyasına gəlincə, “İndem” Fondunun prezidentinin hesab edir ki, Rusiyanın hərəkətlərinə Qərbin reaksiyası Ukrayna hadisələrinin başlanmasından 10 il əvvəl olmalı idi: “Rusiya-Ukrayna münaqişəsinin başlanmasından on il əvvəl Qərb siyasətçiləri Rusiyanın qarşısını almaq üçün hərəkət etməli idi. Qərb həmişə Rusiyanın siyasi liderlərinə nədənsə aşiq olub. Əvvəlcə Qorbaçov və Yeltsinə,sonra isə Putinə. Qərb siyasətinin nümayəndələrindən biri Vladimir Putinin gözlərinə baxdı və orada hansısa dərinlikləri gördü. Mənim məsləhətim odur ki, siyasətçilərə aşiq olmaq lazım deyil. Əks halda, məyus ola bilərsən”.

O, əmin olduğunu bildirib ki, hazırda kimsə yaranmış vəziyyətdən çıxış yollarını bilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm