Kadırov: “İŞİD üzvlərini Basayevin gününə salacağıq”
Bizi izləyin

Dünya

Kadırov: “İŞİD üzvlərini Basayevin gününə salacağıq”

“İraq, Suriya və digər ölkələrdə olan terrorizm problemi təhlükəli və ciddi xarakter daşıyır”.

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan Prezidenti Ramzan Kadırov özünün Birinci kanalda çıxışını Feysbukda şərh edərkən deyib.

O, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin amerikalı general Devid Petreusla bağlılığını isbat edən faktlara malik olduğunu bildirib:

“Yaxın Şərqdə zəngin neft bölgələri ABŞ-a müsəlmanlarsız gərəkdir. Mən həmçinin orada dedim ki, Rusiyanın bu şəxsin həddini aşmaması üçün gücü və vasitələri də var. Əgər kimsə Çeçenistana soxulsa, biz ona Əbu Valid, Əbu Xəvsu, Xəttab və Basayev kimi o dünyaya bilet verəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm