İŞİD-in qalası Rakkada carşab altından gizli çəkiliş – Video
Bizi izləyin

Dünya

İŞİD-in qalası Rakkada carşab altından gizli çəkiliş – Video

Suriyada İŞİD-in qalası olaraq tanınan Rakkada gündəlik həyata dair gizli kamera ilə çəkilən görüntülər ilk dəfə yayımlanıb.

Publika.az-ın verdiyi xəbərə görə, adı açıqlanmayan çarşablı bir qadın paltarının altında gizlətdiyi kamera ilə gizli çəkiliş aparıb.

İngilis və fransız mediasında yayımlanan və bu ilin mart ayında çəkildiyi deyilən görüntülərdə maraqlı detallar yer alır.

Rakka İŞİD-in terror təşkilatının ürəyinin atdığı bölgədir. Suriyanın ən böyük ikinci şəhəri olan Hələbin yaxınlığında yerləşən Rakka küçələrində “Kalaşnikov” silahları ilə gəzən insanlar görünür. Yalnız kişilər deyil, qadınlar da İŞİD-i qorumaq üçün silahlarla gəzir.

Videodaki silahlı qadınların çoxu fransız dilində danışır. Məlumata görə, Fransadan Suriyaya gedən qadınların ən azı 150-i İŞİD-ə qoşulub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm