Kiyev: “Rus təbliğatı faşist və sovet təbliğatını da arxada qoydu”
Bizi izləyin

Dünya

Kiyev: “Rus təbliğatı faşist və sovet təbliğatını da arxada qoydu”

“Rusiya Federasiyasının təbliğatı faşist və sovet təbliğatını arxada qoydu”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko Donbas hövzəsində aşkarlanan kütləvi məzarlıqlarla bağlı Rusiya mediasında gedən xəbərləri şərh edərkən deyib.

Donbas hövzəsindəki dinc sakinlərin Ukrayna hərbçilərinin işgəncələrinə məruz qaçdığı barədə rus mediasında yazıların dərc edildiyini xatırladan A.Geraşenko iddiaları təkzib edib.

“Ukrayna ordusu və Milli Qvardiya yerli sakinlərin güllələnməsi ilə məşğul olmayıb. Hesab edirik ki, kütləvi məzarlıqda cəsədlər bizim döyüşçülərimizindir”, - daxili işlər nazirinin məsləhətçisi deyib.

Qeyd edək ki, sentyabrın 5-də Ukraynanın şərqində vəziyyətin sabitləşməsindən bu yana daha bir məsələ tərəflər üçün ittiham alətinə çevrilib. Donbas hövzəsində bir-birinin ardında kütləvi məzarlıqlar aşkarlanır. Bu günnövbəti iddia “Donetsk Xalq Respublikası”nın “baş naziri” Aleksandr Zaxarçenkodan gəlib. “Baş nazir” Donetsk şəhəri yaxınlığında üç kütləvi məzarlığın aşkarlandığını bildirib.

“Hələ ki kütləvi məzarlıqları tapırıq. Tapılan son üç məzarlıqdan birində dinc sakinlər basdırılıb. Onların sayı təxminən 40 nəfərdir. Digər iki məzarlıqda isə özünümüdafiə qüvvələrinin silahlıları basdırılıb”, - deyə o, qeyd edib.

İki gün əvvəl isə Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov Donetsk şəhəri ətrafında kütləvi məzarlığın aşkarlandığını bildirib. O, kütləvi məzarlıq araşdırılması üçün beynəlxalq qrup tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm