Separatçılar Rusiyanın təhsil proqramına keçir
Bizi izləyin

Dünya

Separatçılar Rusiyanın təhsil proqramına keçir

“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun nəzarətində olan ərazilərində fəaliyyət göstərən ali məktəblərdə Rusiya təhsil proqramlarından istifadə olunacaq.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “DXR”in “təhsil naziri” İqor Kostenok bildirib.

“Hazırda təhsil proqramlarının uyğunlaşdırılması prosesi gedir. Rusiya Federasiyasındakı həmkarlarımızla danışıqlar mənə deməyə imkan verir ki, onlar bizə kömək göstərməyə hazırdır”, - deyə separatçıların “təhsil naziri” vurğulayıb.

O, sözügedən ali məktəblərin diplomlarının bütün dünyada tanınacağına inandığınl dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm