KTMT Akademiyası sentyabrdan Ermənistanda fəaliyyətə başlayacaq
Bizi izləyin

Dünya

KTMT Akademiyası sentyabrdan Ermənistanda fəaliyyətə başlayacaq

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja fevralın 5-də Yerevanda KTMT-nin Kollektiv Aviasiya Qüvvələri və Qoşunların İdarəetmə Sisteminin yaradı

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja fevralın 5-də Yerevanda KTMT-nin Kollektiv Aviasiya Qüvvələri və Qoşunların İdarəetmə Sisteminin yaradılması məsələlərini müzakirə ediblər.

"Mediamaks"ın verdiyi məlumata görə, tərəflər hərbi sənaye sahəsində birgə müəssisələrin yaradılması, milli narkoloji və kibertəhlükəsizlik mərkəzlərinin təsis edilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda, Ermənistanda 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayacaq KTMT Akademiyasının yaradılması üzrə təşkilati məsələlərə toxunublar.

Qeyd edək ki, N.Bordyujanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 4-5-də Ermənistanda səfərdədir.

N.Bordyujanı səfər zamanı KTMT-nin Birləşmiş Qərargahının rəisi Aleksandr Studenikin müşayiət edir. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm