Sarkozi praymerizdə iştirak etməyə hazırdır
Bizi izləyin

Dünya

Sarkozi praymerizdə iştirak etməyə hazırdır

Fransanın keçmiş prezidenti Nikolas Sarkozi növbəti prezident seçkilərindən əvvəl - 2017-ci ildə praymerizdə iştirak etməyə hazırdır.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə onun özü ən böyük müxalifət partiyası olan “Xalq Hərəkəti üçün İttifaq”ın (UMP) tərəfdarları qarşısında çıxış edərək bildirib.

O, həmçinin bu məsələni “faydasız davaya” çevirməməyə çağırıb.

Daha əvvəl Fransanın sabiq baş naziri Alyona Jyuppe UMP-nin prezidentliyə namizədinin müəyyənləşdirilməsi üçün partiyanın həmsədrlərindən biri sabiq prezidenti ilkin seçkilərdə iştirak etməyə çağırıb.

Paris apelyasiya məhkəməsi isə bir neçə gün bundan əvvəl Fransanın keçmiş prezidentin korrupsiya işinin araşdırılmasını dayandırıb.

Məlumata görə, korrupsiyada ittiham olunan N.Sarkozi və onun vəkili Tyerri Erzoqaya qarşı irəli sürülən bütün ittihamlar geri çəkilib. Keçmiş prezident N.Sarkozi və T.Erzoqa qarşı iyul ayında korrupsiya, sui-istifadə və xidməti sirrin yayılması ittihamları irəli sürülmüşdü.

Xatırladaq ki, Sarkozi prezident seçkilərində 2012-ci ildəki məğlubiyyətdən sonar yerini Fransua Ollanda verərək siyasətdən gedib. Sentyabrın əvvəllərində Fransa mediası sorğu keçirib. Sorğunun nəticələrinə görə, ölkə əhalisinin yalnız 13 faizi Ollandı dəstəkləyirlər. Bu, Fransa tarixində ən aşağı göstəricidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm