G7 və AB Rusiyanı yeni sanksiyalarla hədələdi
Bizi izləyin

Dünya

G7 və AB Rusiyanı yeni sanksiyalarla hədələdi

“Böyük yeddilik” (G7 - ABŞ, Kanada, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Yaponiya) və Avropa Birliyi (AB) ölkələri Rusiyanı yeni sanksiyalarla hədələyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə G7 və AB ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Rusiya və ATƏT-in vasitəçiliyi ilə separatçılarla Ukrayna hakimiyyətinin imzaladığı Minsk protokolun şərtlərinə əməl edilməyəcəyi halda sanksiyalar qaçılmaz olacaq. G7 və AB ölkələri Ukrayna böhranına görə məsuliyyətin böyük hissəsini Rusiyanın üzərinə qoyur. Lakin Moskva ittihamları rədd edir və münaqişə tərəfi olmadığını bildirir.

“Barışıq şərtlərinə əməl etməyəcəyi halda biz Rusiyaya təzyiqi gücləndirməyə hazırıb", - G7 və AB-nin birgə bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm