Livan ordusu və Hizbullahdan şok basqın – Fotolar
Bizi izləyin

Dünya

Livan ordusu və Hizbullahdan şok basqın – Fotolar

Livan ordusu ilə Hizbullah terror təşkilatına məxsus hərbi qüvvələr Livan-Suriya sərhədinə yaxın Arsal qəsəbəsində yerləşən suriyalı vətəndaşlara aid hərbi düşərgəyə basqın təşkil edib.

Axar.az xəbər verir ki, təşkil edilən hücumda çoxlu adam nəzarətə götürülüb.

Suriyalı siyasi fəal Hadi Abdullahın Tvitter sosial şəbəkəsindəki hesabında yayımladığı şəkil və məlumatda Arsalda əksəriyyəti sünnilərin yaşadığı və on minlərcə suriyalı mühaciri saxlayan sərhəd qəsəbəsində bir çox çadırın Livan ordusu və Hizbullah yaraqlıları tərəfindən yandırıldığı və onlarla adamın nəzarətə alındığı bildirilib.

Livan rəsmi mövqeləri tərəfindən verilən açıqlamada ölkələrində olan suriyalı mühacirlərin sayının 1 milyon 200 mini keçdiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm