3 yaşlı körpəsinin cənazəsini çuvalda daşıdı
Bizi izləyin

Dünya

3 yaşlı körpəsinin cənazəsini çuvalda daşıdı

Türkiyədə baş verən hadisədə yollar bağlı olduğu üçün körpə vəfat edib.

Türkiyənin Van şəhərində xəstələnən 3 yaşlı körpəni xəstəxanaya çatdırmaq mümkün olmayıb. Səbə isə yolların bağlı olması olub.

Körpənin atası həyatını itirən körpəsinin cənazəsini çuvala qoyaraq dövlət qapısına aparıb və tibb işçiləri, polis qrupları haqqında cinayət işi açıb.

Kənddən 16 kilometr uzaqda yaşayan ailənin 3 yaşlı uuşaqları axşama yaxın yüksək temperatur və öskürək şikayətləri ilə xəstələnib. Ailə yollar bağlı olduğu üçün uşaqlarını xəstəxanaya apara bilməyib, lazımi yerlərlə telefonla əlaqə saxlayıb. Lakin vəzifəlilər gələnə kimi kiçik uşaq gecə saatlarında vəfat edib.

Körpənin cənazisini aparmaq da ailə üçün çətin olub. Yenə də yollar bağlı olduğu üçün atası öz övladının cəsədini kürəyində daşıyıb və torpğa tapşırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm