Sərkisyanın “copy-past” biabırçılığı: Kazimirov 10 il əvvəl nə demişdi?
Bizi izləyin

Dünya

Sərkisyanın “copy-past” biabırçılığı: Kazimirov 10 il əvvəl nə demişdi?

BMT-ın Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində sentyabrın 24-də ümumsiyasi müzakirələr başlandı. Oktyabrın 1-də başa çatacaq müzakirələrdə BMT-nin üzvləri və ölkə-müşahidəçilərindən 195 natiq ali qurumun tribunasına çıxacaq.

Sessiyanın gündəliyində olan əsas mövzular İraq və Suriyadakı silahlı konfliktlər, Ukraynadakı siyasi böhran, Fələstindəki vəziyyət və iqtisadi inkişaf məsələləri olacaq.

Baş Assambleyada birinci müzakirə günündə Ermənistan prezidenti Serj Sərkisyan çıxış etdi və İrəvanı narahat edən problemlərə toxundu. O, öz çıxışında əsas diqqəti, təbii ki, Qarabağ münaqişəsinin nizama salınmasına ayırdı.

Publika.az-ın verdiyi xəbərə görə, vestikavkaza.ru saytı Ermənistan prezidentinin çıxışındakı bir məqama xüsusi diqqət yetirib.

Bu məqam isə ondan ibarətdir ki, Sərkisyanın çıxışı “copy-past” olub. Məsələ ondadır ki, rus saytı çıxışın ATƏT-in Minsk qrupunun keçmiş rusiyalı həmsədri, mütəmadi ermənipərəst çıxışıları ilə erməniləri sevindirmək istəyən Vladimir Kazimirovun bəyanatları ilə eyni olduğunu bildirir.

“Qrabağ problemləri ilə ilk dəfə tanış olmayanlar üçün Ermənistan prezidentinin nitqi qəribə hiss yaratdı. Nüfuzlu beynəlxalq təşkilatın tribunasında Serj Sarkisyanın çıxışının tezisləri Vladimir Kazimirovun onillik köhnəliyindən köçürülmüşdü. Kazimirov 1990-cı illərin ortalarında Rusiya Federasiyasının Dağlıq Qarabağ üzrə vasitəçilik missiyasına başçılıq edirdi. Amma o, bu missiya ilə heç bir konkret nəticəyə nail olmadı. Həm də Kazimirov yerinə yetirdiyi missiyada erməni yönümlü bəyanatlarla tez-tez gündəmə gəlirdi”, - deyə rus saytı qeyd edir.

Sayt qeyd edir ki, 2004-cü ildə Kazimirov kimi 2014-cü ildə Sarkisyan da BMT Təhlükəsizlik Şurasının Qarabağ üzrə qəbul etdiyi qətnamələrin (822, 853, 874 və 884) Azərbaycan tərəfindən yerinə yetirmədiyini qeyd edib.

Sarkisyan-2014: Hər dörd qətnamədə hərbi və düşmən hərəkətlərin dayandırılması ilkin və qeyd-şərtsiz tələb kimi göstərilirdi. Qətnamələrin əsas tələblərinin Azərbaycan tərəfindən yerinə yetirilməməsi onların tam reallaşdırmasını qeyri-mümkün etdi.

Kazimirov-2004: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirdi: atəşin və hərbi hərəkətlərin dayandırılması. Bu isə başqa tələblərin icrasına mənfi təsir etdi.

Sarkisyan-2014: Qətnamələrdə həmçinin rabitə yolları, energetika və iqtisadi əlaqələrin bərpası tələbləri yer almışdı. Sirr deyil ki, Azərbaycan və Türkiyə münaqişənin lap əvvəlindən Dağlıq Qarabağ və Ermənistanla bağlı blokadanı tətbiq edir.

Kazimirov-2004: BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki bir sıra tələb və çağırışlar yerinə yetirilməmiş qalır: regionda iqtisadi, nəqliyyat və energetika əlaqələrinin bərpa edilməsi, kommunikasiyalar və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması. Azərbaycan lap əvvəldən Dağlıq Qarabağ və Ermənistanın blokadada saxlanılması üçün münaqişədən istifadə etdi. Bu tələblərin icrası üçün ilkin şərt olaraq torpaqların azad olunması irəli sürülür. Bundan başqa, Bakı Ermənistanla, xüsusən Dağlıq Qarabağla bütün sferalarda əlaqələri kəsdi.

Sarkisyan-2014: BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycan hakimiyyətinə Dağlıq Qarabağla birbaşa əlaqələrin qurulması tələbi yer alıb. Azərbaycan yalnız Dağlıq Qarabağla birbaşa əlaqələr qurmaqdan imtina etmir, eyni zamanda 1994-cü ildəki atəşkəs sazişi və bir sıra başqa beynəlxalq razılaşmaları pozur, həmçinin düşmənçiliyi təbliğ edir. Bu qətnamələrdən Ermənistan münaqişə tərəfi kimi göstərilməmişdi, bütün qətnamələrdə Dağlıq Qarabağ açıq şəkildə münaqişə tərəfi kimi tanınmışdı.

Kazimirov-2004: Dağlıq Qarabağla birbaşa əlaqələr BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki tələblərin tam əksinə, 1993-cü ilin sonunda tamamilə kəsildi. Qətnamələrin heç birində Ermənistan münaqişə tərəf kimi qeyd edilməmişdi. Qətnamələrdə Dağlıq Qarabağ münaqişə tərəfi kimi keçir.

“Xatırladaq ki, Azərbaycanın 20 faiz torpağı, yəni Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş ərazilərdə soyqırımın aktları ilə müşayiət olunan etnik təmizləmə həyata keçirilib və bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından qovulub. Bu gün isə Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasından sərt qarşı çıxır, Vladimir Kazimrovun bəyanatlarını təkrarlayır, beynəlxalq cəmiyyətə etnik separatizmin nə qədər təhlükəli olduğunu anlatmağa çalışır”, - deyə vestikavkaza.ru saytı sonda bildirir.

Xatırlaqaq ki, iyulun 10-da Soçidə Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə də S.Sarkisyan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özünəməxsus formada şərh etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisini işğal edən erməni güclərinin qeyd-şərtsiz buranı tərk etməsi ilə bağlı dörd qətnaməsini xatırladaraq bildirib ki, 20 il keçib, lakin bu qətnamələr hələ də kağız üzərində qalıb. “Bizim yaxın qonşumuz, müttəfiqimiz və dostumuz Rusiya münaqişənin nizama salınmasında xüsusi rola malikdir. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar yolu ilə biz həll yolunu tapacağıq, hansı ki, beynəlxalq hüquq normalarına uyğun olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Danışmaq növbəsi Sərkisyana çatanda isə o, bu sözləri deyib: “Azərbaycan tərəfi həmişə BMT-nin dörd qətnaməsinə istinad edir. Lakin mən cənab Əliyevdən soruşmaq istəyirəm ki, Azərbaycan tərəfi bu qətnamələrdən hansına əməl edib? Qətnamənin bəndlərinə yalnız Ermənistan əməl edib – döyüş əməliyyatlarını dayandırıb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm