ABŞ-dan konkret tələb: “Müxaliflərə təlim və avadanlıq verin” - VİDEO
Bizi izləyin

Dünya

ABŞ-dan konkret tələb: “Müxaliflərə təlim və avadanlıq verin” - VİDEO

İŞİD-ə qarşı beynəlxalq koalisiya daha da genişləndiyi vaxtda Ərdoğan və Bayden arasında gərgin bir görüş həyata keçirilib.

Xatırladaq ki, Ərdoğan Türkiyənin İŞİD-ə qarşı mübarizədə hərbi dəstək verməyə hazır olduğunu bildirmişdi. Bundan sonra təşkil edilən toplantıda Ankaranın ata biləcəyi addımlar müzakirə olunub. Bir saat planlaşdırılan toplantı 30 dəqiqə daha uzanıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ıın vitse-prezidenti Co Bayden arasında görüş olub. Bayden BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) toplantısı üçün Nyu Yorkda olan Ərdoğanın qaldığı hotelə gəlib və orada görüşüblər.

Obama ilə telefonda danışdı

Ərdoğan ilə Bayden görüşməzdən əvvəl ABŞ Dövlət Katibliyinin Avropa və Asiyadan məsul nazir müavini Viktoriya Nuland, Türkiyə xarici işlər nazirinin müşaviri Firudin Sinirlioğlu və başqa dövlət adamları hərtərəfli görüş keçiriblər. Görüşlə əlaqədar hər hansı açıqlama verilməyib. Amma əldə edilən bilgilərə görə, həmin vaxt Ərdoğan da ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. İki lider arasındakı telefon danışığı BMT toplantısı üçün Nyu Yorkda olan Obamanın Vaşinqtona gedərkən baş tutub. Məlumata görə, iki lider İŞİD daxil olmaqla bölgədəki terror təşkilatları ilə mübarizə və Suriya məsələsi kimi mövzularda Türkiyə və ABŞ-ın əməkdaşlıq edəcəklərini vurğulayıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm