Moskva təşviş içində: “Pyotr Poroşenko yeni ətçəkənə hazırlaşır”
Bizi izləyin

Dünya

Moskva təşviş içində: “Pyotr Poroşenko yeni ətçəkənə hazırlaşır”

Krım və Donbas hövzəsinin itirilməsi ilə barışmayan Ukrayna öz ərazilərinin azad edilməsi üçün yeni müharibəyə ciddi hazırlaşmağa başlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu qənaətə Ukrayna prezidenti Pyotr Poroşenkonun son fərmanını şərh edən Rusiyanın “Nezavisimaya Qazeta” nəşri yazıb.

Qeyd edək ki, Ukrayna prezidenti dünən “Ukraynanın müdafiəsi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün təcili ölçülər haqqında” 744 saylı qanunu imzalayıb. Sözügedən qanun 28 avqust 2014-cü il tarixində Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurası tərəfindən qəbul edilib. Qanunda Ukrayna və Rusiya Federasiyasının dövlət sərhədində yerləşən avtomobil buraxılış məntəqələrinin müvəqqəti bağlanması, həmçinin ehtiyac olduğu halda digər növ buraxılış məntəqələrinin də müvəqqəti bağlanması əksini tapıb.

Qanundakı bir sıra bəndlərin məxfiləşdirilməsi isə Rusiyanı şübhəyə salır.

“Kiyevin strategiyası “xüsusi dövr” şəraitində milli iqtisadiyyatın qurulmasına yönəlib. Müdafiə leksikasında “xüsusi dövr” hərbi vəziyyətin bütün ölkə ərazisində tətbiqini nəzərdə tutur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının açıq hissəsində bu hərəkətlər ölkəyə qarşı mümkün silahlı təcavüzün dəf edilməsinə hazırlıqla əsaslandırılır. Sətirlərin arasında oxunur ki, Kiyev təcavüzkar olaraq məhz Rusiyanı görür. Diqqətçəkən məqam odur ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının açıqlanmasından iki gün sonra Ukrayna prezidenti rusiyalı kollegiyası Vladimir Putinlə Minskdə görüşdü. Qərarın prezident fərmanı ilə təsdiq edilməsi isə Poroşenkonun ABŞ-da Barak Obama ilə görüşündən sonraya təsadüf etdi”, - deyə “Nezavisimaya Qazeta” bidirir.

Rusiya nəşri hesab edir ki, görünür, Pyotr Poroşenko sərt və hücum siyasətinə üstünlük vermək niyyətindədir: “Milyonlarla Rusiya və Ukrayna sakini bu sərtliyi tezliklə hiss edəcək. Bir halda ki, prezident fərmanının bəndlərindən biri Rusiya Federasiyası ilə Ukraynanın dövlət sərhədində avtomobil yolu buraxılış məntəqələrinin müvəqqəti bağlanması ilə bağlıdır. İstisna edilmir ki, qadağalar dəmir və hava yollarına da toxunacaq. Eyni zamanda Ukrayna hökumətinə birtərəfli qaydada dövlət sərhədinin demarkasiyası və sərhədin lazımi mühəndis-texniki avadanlıqlarla təmin edilməsi barədə göstəriş verilir. Kiyev, məlum olduğu kimi, döyüş əməliyyatlarını dayandırmağa və ölkənin şərqindəki regionlara xüsusi statusu verməyə razılaşıb. Digər tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə güc strukturlarına döyüş məsələləri üzrə tapşırıq verilir. Kiyev həmçinin təmas xəttindən ağır hərbi texnikanı aparmağa tələsmir. Ehtimal ki, Poroşenkoya atəşkəs razılaşması Donetsk və Luqansk vilayətlərində problemlərini həll etmək üçün deyil, yeni döyüşlərə hazırlıq üçün lazımdır. Ukrayna prezidenti tərəfindən təsdiq edilmiş sözügedən qərar yeni silahların alınması üçün büdcə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Milli müdafiənin sistemində islahatların aparılması Rusiyanın Şimali Qafqazda antiterror əməliyyatları keçirdiyi vaxtda atdığı addımları xatırladır. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə Rusiyada olduğu kimi güc strukturlarının arxa təminatının ümumi sistemi yaradılır və xüsusi əməliyyat güclər formalaşdırılır”.

Rusiya Hərbi Elmlər Akademiyasının üzv-müxbiri Eduard Rodyukov da təsdiqləyir ki, Kiyevin hazırkı müdafiə planları Ukrayna rəhbərliyinin qətiyyətli hərbi hərəkətlərə hazırlaşdığını göstərir: “Çətin ki, Ukrayna yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Amma Poroşenko orduda yenilənmə aparacaq və ölkə iqtisadiyyatını hərbi relslərin üzərinə çıxaracaq. Bu baxımdan ölkənin cənub-şərqində ətçəkmə əməliyyatrının yenilənməsi istisna edilmir. Rusiya və beynəlxalq cəmiyyət bu cür hərəkətlərinin perspektivinin olmadığına Ukrayna liderini inandırmalıdır. Əks halda, faciələrdən qaçmaq mümkün olmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm