Dudayevin satqın kadrından şok sözlər: “Tiflis işğal edilsəydi...”
Bizi izləyin

Dünya

Dudayevin satqın kadrından şok sözlər: “Tiflis işğal edilsəydi...”

“Gürcüstanda Rusiyameyilli qüvvələr var idi və onlar kömək istəyirdilər, amma biz yatırımı başqa insanlara etdik”.

Axar.az KP.ru-ya istinadən xəbər verir ki, bu açıqlama ilə bir zamanlar müstəqil İçkeriyanın yaradılmasının ideoloqlarından biri olan, çeçen döyüşçülərin İnformasiya Mərkəzinin eks-sədr müavini İslam Saydayev çıxış edib.

O, zamanında Rusiyanın Gürcüstanda doğru adama yatırım etmədiyini bildirib:

“O zaman Tiflisdən geri çəkilmək əmrini verən hər kəsi tutmaq lazımdır. Əgər biz Gürcüstanla məsələni bitirsəydik, indi Ukrayna problemi olmayacaqdı. Ona görə ki, biz həmin nifrət ocağını söndürə bilmədik və Ukraynaya keçdi. Yeri gəlmişkən, bu dəqiqə orada da gürcü könüllüləri Ukrayna ordusu tərəfində vuruşur. Gürcüstanda Rusiya meylli qüvvələr var idi və onlar kömək istəyirdilər, amma biz yatırımı başqa insanlara etdik. Daha dəqiq desək, qərbyönümlü İvanişviliyə yatırım edildi. Yenə yanıldıq”.

Saydayev Rusiyanın Qafqazdan gedəcəyi halda burada vətəndaş müharibəsinin başlayacağını söyləyib:

“Təsəvvür edin ki, Rusiya indi Dağıstandan gedir. Bir neçə aydan sonra orada dəhşətli vətəndaş müharibəsi başlayacaq. Dağıstanda, Tatarıstanda düşünürlər ki, onlar Rusiyasız yaşaya biləcəklər. Rusiya gedən kimi kriminal keçmişə malik olan insanlar ortaya çıxacaqlar. Əgər Qafqaz öz-özünü idarə edə bilsəydi, bu, Rusiya gəlməzdən əvvəl də mümkün olardı. Onlar Çeçenistan vasitəsilə Rusiyanı dağıtmaq istəyirdilər. Burada peyda olan Dudayev və Mövladi Uduqov kimi adamlara Moskvadakı Berezovski kimi “vətənpərvərlər” rəhbərlik edirdi. Mən də nə zamansa İçkeriyanın müstəqil olacağını inanırdım və Qərbin maliyyələşdirdiyi QHT-lərlə əməkdaşlıq edirdim. Onlar bizi partizan adlandırır və maliyyələşdirirdilər. Oyun uduzulanda və döyüşçülər Pankisi dərəsindən qaçanda onları terrorçu elan edib axtarışa verdilər”.

Qeyd edək ki, İlyas Saydayev Çeçenistanın işğalından sonra Gürcüstana qaçmış, daha sonra isə Moskvaya satılaraq Çeçenistana geri qayıtmışdı. O bir zamanlar məşhur çeçen lideri Cövhər Dudayevin etibarlı kadrlarından hesab edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm