Davudoğli İŞİD-ə qarşı əməliyyatın şərtini açıqladı
Bizi izləyin

Dünya

Davudoğli İŞİD-ə qarşı əməliyyatın şərtini açıqladı

Türkiyə baş naziri Əhməd Davudoğlu İŞİD-ə qarşı başladılacaq əməliyyata dəstək vermək üçün Türkiyənin şərtini açıqlayıb.

Publika.az “internethaber”ə istinadən xəbər verir ki, Türkiyə baş naziri Əhməd Davudoğlu AKP-nin şəhər qərargahlarının sədrləri ilə toplantıda İŞİD-ə qarşı başladılacaq əməliyyata dəstək vermək üçün Türkiyənin şərtini açıqlayıb:

“Bizim əsas şərtimiz bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasıdır. Hər hansı bir hərbi əməliyyat və ya danışıqlar bölgəyə sülh və sabitlik gətirəcəksə, biz onu dəstəkləyəcəyik. Biz dinc sakinlərin zərər gördüyü müvəqqəti hücumların əleyhinəyik ”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm