Çeçen Ömər sağdır – VİDEO
Bizi izləyin

Dünya

Çeçen Ömər sağdır – VİDEO

Ömər Şişani kimi tanınan İŞİD komandanının sağ olduğuna dair yeni bir video yayılılb.

Publika.az xəbər verir ki, dünən “Youtube” videopaylaşım saytında paylaşılan videoya görə, Çeçen Ömər və Ömər Şişani kimi tanınan Ömər Batiraşvilinin sağ olduğu iddialarını gücləndirir.

Belə ki, dünyanı lərzəyə gətirən və Suriya və İraqda qətliamlar törətməyə davam edən İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının məşhur komandanlarından olan Çeçen Ömərin İŞİD yaraqlıları ilə birlikdə yeni videosu yayılıb.

Xatırladaq ki, bundan öncə bir neçə dəfə mətbuatda Çeçen Ömərin öldüyü haqqında xəbər gedib. Bu ilin may ayında yayılan xəbərə görə, Ömər Şişani Əsədin ordusu tərəfindən öldürülmüşdü. Daha sonra PKK terror təşkilatının iyul ayında yaydığı bəyanata görə, Çeçen Ömər PKK terror təşkilatının Suriya qolu olan YPG yaraqlıları tərəfindən öldürülüb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm